Ramim günahını yumaq istəyir
23.09.2008 - 16:49
Bakı. Mehman Süleymanov - APA-Sport. “Öz meydanımızda “Karvan”a böyük hesabla uduzduğumuz oyun haqda danışmaq istəmirəm. Bu ağır məğlubiyyətdən sonra bizi hesabdan silməyə tələsməsinlər. Komandamız çempionatın favoritlərindən biri olaraq qalır”. “APA-Sport”un məlumatına görə, bunu “Bakı” klubunun və Azərbaycan milli komandasının futbolçusu Fabio Luis Ramim deyib.
Klubun rəsmi saytına müsahibə verən 26 yaşlı braziliyalı yarımmüdafiəçi bildirib ki, “İnter” və “Xəzər-Lənkəran”ı ən güclü komanda sayıb: “Bu mövsüm istənilən komandadan şok nəticə gözləmək olar. Rəqiblərimizin hamısı ilə oyuna final matçına olduğu kimi çıxırıq. Çünki itirəcəyimiz hər xal çempionatın sonunda bizə çox lazım olacaq”.
Son vaxtlar yaxşı oynaya bilmədiyini etiraf edən Fabio komandanın oyununun bir nəfərin üzərində qurulmadığını söyləyib. Braziliyalı futbolçu Uelsdə aldığı qırmızı vərəqəyə görə hələ də üzülür: “Həmin oyunda səfərdən xalla dönmək üçün əlimdən gələni etdim. Ancaq elə oldu ki, komandanı çətin vəziyyətdə qoydum. Foqtsa mənə etimad göstərib, yığmaya çağırdığı üçün minnətdaram. Bundan sonrakı görüşlərdə günahımı yumağa çalışacağam”.
Ramim Lixtenşteyni səfərdə yenəcəyimizə əmindi: “Bəziləri bu yığma ilə evdəki heç-heçəni faciə kimi qiymətləndirir. Bu, futboldur. Həmin oyunda bəxtimiz gətirmədi. Çoxlu qol vəziyyətləri yaratsaq da, bundan istifadə bilmədik. Rəqibin isə bəxti gətirdi. Mən inanıram ki, Lixtenşteyni səfər meydanında məğlub edəcəyik”.
Qeyd edək ki, Fabio yığmamızda keçirdiyi 5 oyunda 2 qol vurub.

0
0