Ardadan ağızdolusu tərif
23.09.2008 - 16:59
Ardadan ağızdolusu tərif
Bakı. Kənan Həsənov - APA-Sport. Türkiyə yığmasının və “Qalatasaray” klubunun üzvü Arda Turan zədəsini tam bərpa edib. “APA-Sport”un məlumatına görə, bu haqda gənc yarımmüdafiəçinin özü açıqlama verib: “Artıq ciddi problem qalmayıb. Sabah komanda ilə birgə məşqlərə başlayacağam. Sıraya döndüyüm üçün xoşbəxtəm”.

“Qalatasaray”ın əla heyət formalaşdırdığını deyən Ardanın fikrincə, zaman keçdikcə qələbələri sıralayacaqlar: “Komanda irəliyə doğru gedir. Mən ciddi problem görmürəm. Tənqidlər hər zaman olacaq. Bizim zamana ehtiyacımız var. Yeni transferlərimiz də heyətə tam uyğunlaşıblar. Mənim meydana çıxmağım önəmli deyil. Onsuz da yoldaşlarım əllərindən gələni edirlər. Əsas forma geymək yox, onun haqqını verməkdir”.

21 yaşlı futbolçu komandaya yeni transfer olunan avstraliyalı Harri Kyuelldən də ağızdolusu danışıb: “Harri həqiqətən çox böyük futbolçudur. Fikrimcə, indiyədək komandaya ən çox xeyri o verib. Milan Baroş, Şabani Nonda və Kassio Linkoln kimi legionerlərimiz əla oyun göstərirlər”.
0