Araqones qisas haqda düşünür
23.09.2008 - 18:15
Araqones qisas haqda düşünür
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Çempionlar Liqasının ikinci turunda Kiyevin “Dinamo” klubu ilə qarşılaşacaq “Fənərbaxça”nın baş məşqçisi Luis Araqones ukraynalılardan qisas almaq hissi ilə alışıb-yanır. “APA-Sport”un məlumatına görə, 70 yaşlı ispaniyalı mütəxəssis 22 illik həsrətə son qoyaraq, intiqamını meydanda almaq arzusundadır.
1986-cı ildə Madridin “Atletiko” klubunu Kuboklar Kubokunun finalına çıxaran Araqones Valeri Lobanovskinin “Dinamo” adlı maşınının altında qalmışdı. Aleksandr Zavarov, Oleq Bloxin və Vadim Yevtuşenkonun qollarından sonra 0:3 hesabı ilə uduzan ispaniyalıların çalışdırıcısı göz yaşlarını da saxlaya bilməmişdi. Fransanın Lion şəhərində baş verən bu faciənin yeganə qurbanı da Araqones oldu. Qarşılaşmadan sonra “Dinamo” məni alçaltdı” deyən mütəxəssis komandadan qovuldu. Klub rəhbərliyi isə məhz Araqonesin onları Avropada rüsvay etdiyini düşünürdü. Həmin məğlubiyyətdən 22 il sonrakı oyuna mütəxəssis qitə çempionu kimi, lakin yeni komandası və qisas hissi ilə çıxacaq.
0