Azərbaycan yığması Belarus klubu ilə heç-heçə oynadı
24.09.2008 - 10:45
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandası (U-19) Belarusda keçirilən təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama matçına çıxıb. “APA-Sport”un AFFA-nın rəsmi İnternet saytına istinadən məlumatına görə, Yaşar Vahabzadənin yetirmələri Belarus çempionatının aşağı liqasında yarışan “Veras” komandasını sınağa çəkiblər.
Qarşılaşma 1:1 hesablı bərabərliklə nəticələnib. U-19-un heyətində Tural Səfərov fərqlənib. Milli komandamız növbəti yoldaşlıq görüşünü sabah keçirəcək. Sentyabrın 29-dək davam edəcək təlim-məşq toplanışı Avropa çempionatının seçmə mərhələsinə hazırlıq xarakteri daşıyır.

0
0