“0:10 hesabıyla uduzsaq da, getməyəcəyəm”
24.09.2008 - 11:00
Bakı. Mehman Süleymanov - APA-Sport. Rumıniya futbol yığmasının baş məşqçisi Viktor Pitsurke iddialı bəyanatla çıxış edib. “APA-Sport”un məlumatına görə, 2010-cu il dünya çempionatının seçmə mərhələsində evdə Litva yığmasına böyük hesablı məğlubiyyətdən sonra (0:3) güclü təzyiq altına düşən 52 yaşlı rumın mütəxəssis yığmadan heç bir şərtlə getməyəcəyini bildirib. Pitsurkeni hətta 0:10 hesablı məğlubiyyət də qorxutmur: “Fransa yığması ilə oyundan sonra millini tərk etmək məsələsi gündəmdə deyil. Hətta fransızlara 0:10 hesabı ilə uduzsaq da, getməyəcəyəm. 0:1, yaxud 0:10 hesabı ilə məğlub olmaq – eyni şeydir. Çətinlikdən qaçmıram. Bu oyunda favorit Fransa yığması sayılsa da, onları yenəcəyimizə inanıram. Axı bizdə möhtəşəm futbolçular var”.
0
0