Ronaldo sərxoş yaxalandı
24.09.2008 - 14:38
Ronaldo sərxoş yaxalandı
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Braziliya yığmasının sabiq futbolçusu Ronaldo ad gününü böyük təntənə ilə qeyd edib. “APA-Sport”un məlumatına görə, 32 yaşını Rio-de-Janeyronun gecə klublarından birində keçirən “Yekədiş”in tədbiri qalmaqalla nəticələnib. Ronaldo tanımadığı bir şəxslə az qala davaya çıxıb.
Neçə vaxtdır pəhriz saxlayan futbolçu o qədər pivə içib ki, klubdakı içki ehtiyatı qurtarıb. Mühafizəçisini pivə almaq üçün göndərən “Yekədiş” klubun işçilərinə “ilişib”. İçəridəki qırmızı elektrik lampalarının yersiz yerə yandığını bildirən Ronaldo elektrik enerjisinin israfçılığına sərt münasibət bildirib. Bu isə futbolçunu sakitləşdirmək istəyən naməlum şəxsi lap qəzəbləndirib. Neçə aydır birgə yaşadığı Mariya Beatris və rəfiqələrinin yanında özünü göstərmək istəyən Ronaldo onu tutmaq istəyən şəxslə dava etmək istəyib. Vaxtında özünü yetirən polislər tərəfləri sakitləşdirib.
0