Araqonesdən ayrılıq mesajı
24.09.2008 - 15:14
Araqonesdən ayrılıq mesajı
Bakı. Kənan Həsənov - APA-Sport. “Türkiyədəki işimi tamamladıqdan sonra futbolla vidalaşacağam”. “APA-Sport”un məlumatına görə, bu sözləri “Fənərbaxça” klubunun baş məşqçisi Luis Araqones söyləyib.

İspaniya yığmasına Avropa çempionu titulunu qazandıran 70 yaşlı mütəxəssis Türkiyədə də birinci olmaq istədiyini vurğulayıb: “Fənərbaxça”nı çempion etmək istəyirəm. Rəhbərlik mənə şans verdi. Mən də öz növbəmdə onların etimadını çempionluq qazanmaqla doğrultmaq istəyirəm. Bunu bacaracağıma inanıram”.

Heyətdəki zədəlilərin çoxluğundan şikayət edən Araqones, onlar sıraya döndükdən sonra qələbələri sıralayacaqlarına inandığını da ifadə edib.
0