Zikonu Özbəkistana Rivaldo aparıb
24.09.2008 - 15:14
Bakı. Mehman Süleymanov - APA-Sport. Türkiyənin “Fənərbaxça” klubunun sabiq baş məşqçisi Artur Ziko bu gün Özbəkistana gəlib. “APA-Sport”un məlumatına görə, 55 yaşlı braziliyalı mütəxəssis Daşkəndin “Bunedkor” komandasıyla müqavilə bağlamağa hazır olduğunu bildirib. Ziko Özbəkistanda çalışmağı məşqçilik karyerasında geriyə addım saymır: “Hələ SSRİ dövründə Özbəkistan futbolu haqda eşitmişdim. Bütün dünyada olduğu kimi, bu ölkədə də müstəqillik qazanandan sonra çox şey yaxşılığa doğru dəyişib”.
Ziko Özbəkistan klubuna rəhbərlik etməklə bağlı qərarında həmyerlisi Rivaldonun böyük rolunun olduğunu söyləyib: “Rivaldonun “Bunedkor”da çıxış etməsi qərarıma böyük təsir göstərdi. Onun sözünə qulaq adım. Həmyerlim mənə Özbəkistan futbolu, burada inkişafla bağlı görülən işlər haqda danışandan sonra Daşkənd klubu çalışdırmağa qərar verdim”.

0
0