Əlvida, Hamer!
24.09.2008 - 16:03
Bakı. Mehman Süleymanov - APA-Sport. Azərbaycan milli komandasının 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Finlandiya ilə oktyabrın 11-də keçirəcəyi oyunu idarə edəcək hakimlər müəyyənləşib. “APA-Sport”un AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Helsinkidə “Olimpiya” stadionunda Bakı vaxtı ilə saat 19:00-da başlayacaq matçı şotlandiyalı Uilyam Kollum idarə edəcək.
Ona həmyerliləri Keyt Sorbi, Corc Dortmud və Robertson Brayns yardımçı olacaq.
Şotland hakimlərin idarəçiliyinə UEFA-nın hakim-inspektoru belçikalı Mişel Piro qiymət verəcək. UEFA nümayəndəsi isə isveçrəli Mişel Pralonqdur.
29 yaşlı Kollum 2006-cı ildən FİFA hakimidir və ilk dəfədir Azərbaycanın oyununa təyinat alır.
Qeyd edək ki, Azərbaycan yığmasının indiyədək Finlandiya ilə keçirdiyi hər üç səfər matçını Alan Hamer (Lüksemburq) idarə edib ki, bu oyunlarda komandamız meydandan məğlubiyyətlə (0:3, 0:3, 1:2) ayrılıb.

0
0