Qətər yığması başsız qaldı
24.09.2008 - 16:09
Qətər yığması başsız qaldı
Bakı - APA-Sport. Qətər Futbol Federasiyası milli komandanın baş məşqçisi Xorxe Fossatini istefaya göndərib. “APA-Sport”un məlumatına görə, buna uruqvaylı mütəxəssisin səhhətində yaranan problem səbəb olub.

Belə ki, 56 yaşlı Fassoti mədəsindən cərrahiyə əməliyyatı olunub və hazırda müalicə kursu keçir. Bu prosesin uzandığını görən federasiya rəhbərliyi isə məşqçi ilə müqaviləni birtərəfli qaydada pozub.

Qeyd edək ki, dünya çempionatının seçmə mərhələsində çıxış edən Qətər 4 xalla qrup lideridir. Fassotini əvəzləməyə ən real namizəd isə bir neçə gün öncə Birləşmiş Ərəb Əmirliklərinin yığmasından istefa verən fransalı Bruno Metsyudur.
0