Terim dalaşdığı məşqçi ilə barışdı
24.09.2008 - 16:31
Bakı - APA-Sport. Futbol üzrə Türkiyə milli komandasının baş məşqçisi Fatih Terim belçikalı həmkarı Rene Vandereykenlə barışıb. “APA-Sport”un məlumatına görə, barışıq Avstriyanın paytaxtı Vyanada təşkil edilən baş məşqçilərin toplantısında olub.
Terimlə Vandereyken arasında sentyabrın 10-da İstanbulda münaqişə yaranmışdı. Baş məşqçilər dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində keçirilən Türkiyə - Belçika (1:1) oyununda əsəblərini cilovlaya bilməyərək, bir-birinin üzərinə hücum çəkmişdilər. Yalnız ehtiyat hakimin müdaxiləsindən sonra çalışdırıcıları sakitləşdirmək mümkün olmuşdu.
Bu dəfə Terim və Vandereyken Vyanada üz-üzə gəliblər. Belçikalı məşqçi öncə “İmperator”un köməkçisi Oğuz Çətinə yaxınlaşaraq, İstanbulda yaşadığı xoşagəlməz anları unutmaq istədiyini söyləyib. Daha sonra Terim Vendereykenin uzatdığı əli sıxıb və onlar barışıblar. Üstəlik, məşqçilər bir xeyli söhbətləşiblər. “Ay-ulduzlular”ın çalışdırıcısı bəzən futbolda arzuolunmaz hallara rast gəlindiyini vurğulayıb: “Ancaq meydanda baş verənlər, elə orada da qalır. Biz olanları çoxdan unutmuşuq”.

0
0