Trabzonda şok: Yattara gedir
24.09.2008 - 16:38
Bakı - APA-Sport. Türkiyənin böyük klublarından sayılan “Trabzonspor” ən dəyərli futbolçusunu itirmək təhlükəsi ilə üzləşib. “APA-Sport”un məlumatına görə, komandanın qvineyalı “ulduz”u İbrahim Yattara Trabzondan ayrılmaq istədiyini açıqlayıb.
Bu gün mətbuat konfransı keçirən yarımmüdafiəçi Qətərin “Əl Sədd” klubundan ciddi təklif aldığını vurğulayıb: “Mən hər şeyimi “Trabzonspor”a borcluyam. Amma bu futbol həyatıdır. Komandadan ayrılmaq istəyirəm. İnşallah, rəhbərlik problem yaratmaz. Azarkeşlərin də məni başa düşəcəklərinə inanıram”
Qətər təmsilçisi “Trabzonspor”a 10 milyon avro, Yattaraya 4 illik müqavilə təklif edib. Futbolçunun yeni klubunda illik qazancı isə 2 milyon avro olacaq.

0
0