Azərbaycan kubokunun 1/8 finalçıları müəyyənləşib
24.09.2008 - 18:17
Bakı. Mehman Süleymanov - APA-Sport. Futbol üzrə Azərbaycan kuboku uğrunda yarışın ilkin mərhələsinin oyunları bu gün başa çatıb. “APA-Sport”un məlumatına görə, birinci divizionda çıxış edən “Spartak” və debütant “Qafqaz Universiteti” 1/16 final mərhələsini uğurla adlayıblar. 1/8 finalda qubalılar “Simurq”, “universitet komandası” isə “Bakı” ilə görüşəcək. Həmçinin, bu mərhələdə “İnter” - “Standard”, “Qəbələ” - “Turan”, “Olimpik” - “Karvan”, “Xəzər-Lənkəran” - NBC, “Qarabağ” - “Bakılı” və “Neftçi” - MOİK qarşılaşmaları keçiriləcək.
Qeyd edək ki, 1/8 final görüşləri oktyabrın 29-30-da və noyabrın 5-6-da olacaq.
Azərbaycan kuboku, 1/16 final mərhələsi
24 sentyabr
“Spartak” (Quba) - “ANŞAD-Petrol” (Neftçala) - 0:2 (ilk oyun – 3:0)
“Qafqaz Universiteti” (Bakı) - “ABN (Bərdə) - 2:0 (0:1)

0
0