Azərbaycan yığması Çernoqoriya ilə “sülh bağladı”
25.09.2008 - 09:54
Bakı. Mehman Süleymanov - APA-Sport. Azərbaycanın 17 yaşlılardan ibarət futbol yığması (U-17) Polşada keçirilən Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ikinci oyunda da məğlub olmayıb. “APA-Sport”un məlumatına görə, almaniyalı mütəxəssis Bernard Lippertin rəhbərlik etdiyi yığmamızın çernoqoriyalı həmyaşıdlarıyla görüşü heç-heçə başa çatıb - 2:2.
Komandamızdan qolları Tərlan Quliyev və Məhəmməd Qurbanov vurub. Qrupa keçirilən digər oyunda meydan sahibləri Bolqarıstan üzərində qazandığı 1:0 hesablı qələbə ilə növbəti mərhələyə çıxmaq vəzifəsini yerinə yetirib. 2-ci yerdə gedən yığmamızın hesabında 4 xal var. İlk oyunda bolqarları 1:0 hesabı ilə yenən Azərbaycanın da növbəti mərhələyə çıxmaq şansı yüksəkdir. Bunun üçün komandamıza sentyabrın 27-də Polşa ilə keçiriləcək görüşdə bir xal da kifayətdir.

0
0