“Arsenal”ın Demetradzeyə 37407 dollar borcu var
25.09.2008 - 15:37
Bakı. Mehman Süleymanov - APA-Sport. “Bizim Georgi Demetradzeyə 181800 Ukrayna qrivnası məbləğində borcumuzun olması hüquqşünasa aiddir. Yaranmış vəziyyətin özü isə mənə uşaq bağçasını xatırladır”.
“APA-Sport”un məlumatına görə, bunu Kiyevin “Arsenal” futbol klubunun sahibi Vadim Rabinoviç deyib. Onun sözlərinə görə, bir ay öncə “Bakı”ya keçən gürcü hücumçu Georgi Demetradzeni vaxtilə komandasına tapşırıqla götürüb: “Mənə bir hörmətli şəxs zəng vuraraq, Georgini “Arsenal”a götürməyi xahiş etdi. Mən də bunu etdim. Demetradze “Arsenal”ın heyətində bir oyun belə keçirməyib. İndi isə məndən hansısa mükafat tələb edir. Əgər hər yoldan keçən məndən pul tələb etsə...Kəsəsi, mən vəziyyətə sakit yanaşıram”.
Qeyd edək ki, Demetradzenin “Arsenal”dan gedişinə Rabinoviçlə münasibətlərin pisləşməsi böyük təsir göstərib. 32 yaşlı hücumçunun sözlərinə görə, bu şəxsin futboldan başı çıxmır. Georginin keçmiş klubundan tələb etdiyi 181800 Ukrayna qrivnası isə 37407 ABŞ dollarına bərabərdir.

0
0