Braziliya futbolunda yenilik
25.09.2008 - 16:09
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. Braziliyanın “Vasko de Qama” klubunun yeni baş məşqçisi Renato Qauço futbola yenilik gətirib. “APA-Sport”un məlumatına görə, mütəxəssis yetirmələrinin artıq çəkidən əziyyət çəkməməyi üçün cəza sistemi hazırlayıb. Komandanın həkimləri hər bir futbolçu üçün fərdi qaydada normal çəki müəyyənləşdirib və oyunçuların bu həddi aşmaq hüququ yoxdur. Hər gün artıq çəkinin hər bir kiloqramına görə “Vasko de Qama”lı oyunçular 300 rial (165 ABŞ dolları) ödəməli olacaq. Lakin Qauço o qədər də insafsız deyil. Mütəxəssis yetirmələrinə sentyabrın 26-dək vaxt verib ki, çəkilərini qaydasına salsın və yalnız həmin gündən cərimə “maşını” işə düşəcək. Hal hazırda isə komandanın 6 futbolçusunun çəkisi normadan artıqdır.
0
0