Ovçinnikov: “Qoy, “Fənərbaxça” bizdən qorxsun!”
25.09.2008 - 16:24
Bakı. Mehman Süleymanov - APA-Sport. “Fənərbaxça”nın azarkeşləri komandanı çox aqressiv dəstəkləyir. Bu, Türkiyədə adət halını alıb”. “APA-Sport”un məlumatına görə, bunu “Fəxərbaxça”nın Çempionlar Liqasının qrup mərhələsində qarşıdakı rəqibi olan Kiyevin “Dinamo” klubunun məşqçisi Sergey Ovçinnikov deyib.
Türkiyə Superliqasında “Fənərbaxça” – “Gənclərbirliyi” (3:0) oyununu izləmək üçün İstanbulda olan 38 yaşlı mütəxəssisi sentyabrın 30-da səfər matçındakı ab-hava narahat edir: “Yadımdadır, hələ “Lokomotiv”də çıxış etdiyim zaman “Qalatasaray”la oyuna gələrkən stadionun girişində “Cəhənnəmə xoş gəlmisiniz” şüarı asılmışdı. Komanda yoldaşım Vadim Yevseyev buna belə cavab vermişdi: “Onlar cəhənnəmin nə olduğunu final fitindən sonra biləcəklər” Sonda biz “Qalatasaray”ı sadəcə, əzdik və 2:1 hesabı ilə qalib gəldik. Fikrimcə, “Fənərbaxça”ya qarşı da belə oynamağa cəhd etməliyik”.
“Fənər”in heyətində Roberto Karlos, Aleks, Quiza kimi yüksək səviyyəli futbolçuların olduğunu deyən Ovçinnikovun sözlərinə görə, İstanbulda qələbə qazanmaları realdır: “Rəqibdə texnikalı, yaxşı fiziki göstəricilərə malik futbolçular çoxdur. Hər halda, hamı ilə oynamaq olar. Biz türklərə öz üstün cəhətlərimizi göstərəcəyik. Qoy, onlar bizdən qorxsun!”.
Qeyd edək ki, artıq Kiyevə qayıdan Ovçinnikov “Dinamo”nun baş məşqçisi Yuri Syominə səfəri ilə bağlı geniş hesabat təqdim edib.

0
0