FİFA Xorvatiyanı cəzalandırdı
25.09.2008 - 18:09
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. FİFA Xorvatiya Futbol Federasiyasını cəzalandırıb. “APA-Sport”un məlumatına görə, İngiltərə ilə oyunda bir qrup xorvatiyalı azarkeşin qonaqların futbolçusu Emil Heskini təhqir etməsi meydan sahiblərinin 30 min İsveçrə frankı məbləğində cərimələnməsinə səbəb olub. Dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən həmin qarşılaşmada baş verənləri araşdıran qurum Xorvatiyanı məhz bu cəzaya layiq bilib.
Qeyd edək ki, sentyabrın 10-da Zaqrebdə baş tutan görüşdən sonra İngiltərə Futbol Assosiasiyası yığma futbolçusunun müdafiəsinə qalxaraq irqçi davranışlara görə FİFA-ya şikayət etmişdi.
Qeyd edək ki, sentyabrın 10-da Zaqrebdə baş tutan görüşdən sonra İngiltərə Futbol Assosiasiyası yığma futbolçusunun müdafiəsinə qalxaraq irqçi davranışlara görə FİFA-ya şikayət etmişdi.
0
0