Canaydın: Roberto Karlos kimə lazımdır?
26.09.2008 - 10:13
Bakı – APA-Sport. Türkiyənin “Qalatasaray” klubunun sabiq prezidenti Özhan Canaydın maraqlı açıqlamalarla gündəmə gəlib. “APA-Sport”un məlumatına görə, o, “Fənərbaxça”da çıxış edən Roberto Karlosun transferini səhv addım adlandırıb: “Karlosun 35 yaşı var. Mən olsaydım, onu transfer etməzdim”.
Canaydın “Qalatasaray”ın yetirməsi Əmrə Bələzoğlunun “Fənərbaxça”ya keçidinə də münasibət bildirib: “Bu, Əmrənin şəxsi qərarıdır. Heç kim onu məcbur etməyib. “Fənərbaxça”nı seçdiyi üçün narahat deyiləm”
Fransa yığmasının ulduzu Frank Riberinin “Qalatasaray”dan qalmaqallı şəkildə qaçmasına da toxunan sabiq prezident aldandıqlarını vurğulayıb: “Biz bu işin əsiri olduq. Aldandıq və nəticədə külli miqdarda ziyana düşdük. Çox üzücü bir hadisədir. Hələ də yuxuma girən yeganə olay budur”.

0
0