AFFA klublara nə tövsiyə edib?
26.09.2008 - 12:59
Bakı. Mehman Süleymanov - APA-Sport. Bu gün AFFA-nın inzibati binasında klubların lisenziyalaşdırılması ilə bağlı seminar keçirilib. “APA-Sport”un məlumatına görə, lisenziyalaşdırma qrupunun maliyyə məsələləri üzrə eksperti Bəhram Dadaşovla lisenziyalaşdırma komissiyasının üzvü Nazim Axundovun rəhbərlik etdiyi seminar Premyer Liqa və birinci divizion klublarının maliyyə məsələləri üzrə menecerləri üçün təşkil olunub. Tədbirdə çıxış edən Dadaşov 2008-2009-cu il mövsümü üçün klubların lisenziyalaşdırma prosesinin maliyyə şərtlərinin yerinə yetirilməsi barədə məlumat verib. O, müəyyən olunmuş çatışmazlıqları seminar iştirakçılarının diqqətinə çatdırıb. Daha sonra klub nümayəndələri 2009-2010-cu il mövsümü üçün lisenziyalaşdırmanın maliyyə meyarları haqda məlumatlandırılıb və müvafiq tövsiyələr verilib.
0
0