Yattara Qətərdə oynayacaq
26.09.2008 - 14:42
Bakı - APA-Sport. “Tranbzonspor”un futbolçusu İbrahim Yattara karyerasını Qətərdə davam etdirəcək. “APA-Sport”un məlumatına görə, qvineyalı yarımmüdafiəçi “Əl-Sədd” klubunda oynayacaq.
Tərəflər arasında iki gün çəkən danışıqlar müsbət nəticələnib. “Əl-Sədd” rəsmiləri türklərin bütün şərtlərini qəbul ediblər. Dördillik rəsmi müqavilə gələn həftə, daha doğrusu müqəddəs Ramazan bayramından sonra bağlanılacaq.
Qətər komandası Yattaranın transferi üçün “Tranbzonspor”a 10,7 milyon avro ödəyəcək. Bu anlaşmadan 28 yaşlı futbolçunun qazancı 8 milyon avro olacaq. Qətərdə çempionat davam etsə də, istənilən klubun legioner oyunçu transfer etməsinə icazə var.
Qeyd edək ki, 2003-cü ildən “Trabzonspor”un şərəfini qoruyan Yattara bu komandada keçirdiyi 140 matçda 26 dəfə fərqlənib.

0
0