Əmrəni təhqir etdilər
26.09.2008 - 15:47
Əmrəni təhqir etdilər
Bakı - APA-Sport. Türkiyə yığmasının üzvü Əmrə Bələzoğlunun son açıqlamaları başına bəla olub. “APA-Sport”un məlumatına görə, “Fənərbaxça”ya transferinin ardından “Mən uşaqlıqdan “fənərli”yəm, İnşallah, “Qalatasaray”a da qol vuraram” deməsi Əmrəni gözdən salıb.

Türkiyə mətbuatı buna cavab olaraq 28 yaşlı yarımmüdafiəçinin əvvəl dediyi “Qalatasaray”dan başqa heç bir komandada oynamaram” açıqlamasını gündəmə gətirib. Azarkeşlər tərəfindən tənqid və təhqir olunan Əmrənin hərəkətinə İstanbul təmsilçisinin sabiq prezidenti Faruk Sürən də reaksiya göstərib: “Əmrə özünü şirin göstərmək üçün belə danışır. Həqiqətən də “Fənərbaxça”nı bu qədər çox sevirsə, pulsuz oynasın”.

Qeyd edək ki, Əmrə karyerası ərzində ən böyük uğurları Faruk Sürənin “Qalatasaray”a başçılıq etdiyi dönəmdə qazanıb. 13 yaşında komandaya qoşulan Bələzoğlu ardıcıl dörd il Türkiyə çempionu olub və bir dəfə UEFA kubokuna sahib çıxıb.
0