Svetkov iki rekordunu təkrarladı
27.09.2008 - 09:58
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Xəzər-Lənkəran” klubunun hücumçusu İvan Svetkov Azərbaycan Premyer Liqasının dünən keçirilən oyununda iki şəxsi rekordunu təkrarlayıb. “APA-Sport”un hesablamalarına görə, MOİK-lə 6-cı turun qarşılaşmasında 4 dəfə fərqlənən bolqarıstanlı futbolçu mövsüm ərzində vurduğu qolların sayını 7-yə çatdırıb.
Bu il martın 30-da Türkiyə Superliqasının “Kasımpaşa” – “Sivasspor” oyununda 4 qol vuran İvan güclülər dəstəsi karyerasında ikinci dəfə pokerə imza atıb. Yarım il əvvəl olduğu kimi, yenə səfərdə oyunun bütün qollarına imza atan Svetkov güclülər dəstəsində bir oyunda vurduğu qolların sayında rekordu təkrarlayıb.
Bundan başqa, Svetkov karyerası ərzində mövsümdə 7-dən artıq qol vurmamışdı. Təbii ki, söhbət güclülər dəstəsindən gedirsə. Azərbaycan Premyer Liqasında vurduğu qolların sayını 7-yə çatdırmaqla, İvan ən yüksək göstəricisini təkrarlayıb. Ötən mövsüm “Sivasspor”da 7 çempionat qoluna imza atan Svetkov əvvəlki illərdə bunu bacarmayıb.
1997-2007-ci illərdə Hollandiyada çıxış edən İvan 1998/99 mövsümündə “Herenven”də 2, 2002/03 mövsümündə “Zvolle”də 1, “Sparta”dakı iki mövsümdə (2004/05 və 2005/06) müvafiq olaraq 5 və 3, “Sivasspor”dakı ilk mövsümdə 4 qol vurmuşdu. Azərbaycana gələnədək güclülər dəstəsində 22 qol vuran futbolçu bu rəqəmi də 29-a çatdırıb.
Amma 29 yaşlı hücumçu Hollandiyanın aşağı dəstəsində “at oynadıb”. 3 mövsümə 59 qol vuran bolqarıstanlı “Vendam”da bir mövsümə 18, digərinə 22, “Helmond”da isə 19 topa imza atıb. Svetkovun çempionatdakı ilk pokeri də elə “Elmond”un heyətində qeydə alınıb. Hücumçu 3 il əvvəl evdə “Kambur”la görüşdə 4 qol vuraraq 6:1 hesablı darmadağında pay sahibi olub.

0
0