Klub prezidenti fırıldaqçı çıxdı
27.09.2008 - 12:08
Klub prezidenti fırıldaqçı çıxdı
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Madridin “Real” klubunun sabiq prezidenti Lorenso Sans həbs olunub. “APA-Sport”un məlumatına görə, 65 yaşlı futbol funksioneri fırıldaqçılıqda günahlandırılır. 1995-2000-ci illərdə “Kral klubu”na rəhbərlik edən Sans hazırda “Real”dan uzaqlaşıb. İspaniyalı biznesmen “Malaqa” klubunun səhmlərinin böyük hissəsinə sahibdir. Bu komandada prezident vəzifəsini Sansın oğlu Fernando icra edir.

.
0