Xodukin “Neftçi”nin aqibətindən qorxur
27.09.2008 - 12:57
Bakı. Mehman Süleymanov - APA-Sport. “Futbol gözlənilməz nəticələrlə maraqlıdır. Kim inanardı ki, Lüksemburq yığması İsveçrəni Sürixdə məğlub edəcək? Bu onu göstərir ki, zəif saydığın komandaları hesabdan silmək olmaz”. Bunu “APA-Sport”a açıqlamasında Bakının “İnter” klubunun baş məşqçisi Valentin Xodukin deyib.
Ukraynalı çalışdırıcı bildirib ki, Premyer Liqanın VI turu çərçivəsində “Turan”la sabah “Şəfa” stadionunda keçirəcəkləri oyuna “barmaqarası” baxmır: “Tovuzlular son turda “Neftçi”dən xal aldılar. Rəqib turnir cədvəlində sonuncu pillədə olsa belə, arxayınlaşsaq, biz də həmin aqibətlə üzləşə bilərik. Futbolda bir ayaqla heç rezin kuklanı da üstələyə bilməzsən. Əsas rəqibdən asılı olmayaraq, motivasiyanı qorumaq və gücünü göstərməkdir. “Turan” “İnter” səviyyəsində komanda olmadığından, bizi onlarla müqayisə etmək yaxşı çıxmaz. Hər halda, Tovuz futbol məktəbi öz yetirmələri ilə seçilir”.
Xodukin vurğulayıb ki, “Turan”la oyuna çıxacaq heyətlə bağlı tərəddüd edir. Onu qayğılandıran əsas məqam Tovuz klubunun yetirmələri olan Elvin Məmmədov və Cavid Hüseynovla bağlıdır: “Bu futbolçuların uzun müddət “Turan”da çıxış etdiyini nəzərə alsaq, keçmiş komandalarına qarşı oynamaları incə məsələdir. Bilirsiniz, vaxtilə bir yerdə çıxış ediblər. İndi həmin futbolçulara qarşı çıxmaq, əks-düşərgədə olmaq nostalji hisslər oyadır. Futbol isə mübarizədən ibarətdir və bu zaman zədə ehtimalını nəzərə alaraq, mübarizədən çəkinə bilərsən. Belə məqamları nəzərə alaraq, Elvinlə Cavidi “Turan”a qarşı oynadıb-oymayacağına hələ qərar verməmişəm. Boliviyalı hücumçumuz Avqustonun isə transfer vərəqəsi gəldiyindən, ona sabah debüt etmək imkanı yaradacağam”.

0
0