Azərbaycan çempionunun futbolçusu İsveçrədə oynayacaq
27.09.2008 - 13:05
Azərbaycan çempionunun futbolçusu İsveçrədə oynayacaq
Bakı. Mehman Süleymanov - APA-Sport. Bakının “İnter” klubunun futbolçusu Andrey Rubin Latviya yığmasına çağırılıb. Bu haqda “APA-Sport”a məlumat verən komandanın baş məşqçisi Valentin Xodukinin sözlərinə görə, 29 yaşlı latviyalı yarımmüdafiəçi 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 11-də İsveçrə ilə səfər, bundan 4 gün sonra İsraillə ev oyununda iştirak edəcək.

Xodukin Rubinin yaxşı formada olması üçün onu yığmanın görüşlərinə qədər oyun praktikası qazanmasına imkan yaradacağını söyləyib. “İnter”in baş məşqçisi Azərbaycan yığmasına çağırılan futbolçularından Vladimir Levinin probleminin olduğunu söyləyib: “Bu müdafiəçi hələ də zədəli olduğundan, xidmətindən istifadə edə bilmirik. Levin millinin qarşıdakı təlim-məşq toplanışına çağırılıb. İstəmirik ki, başqa şey fikirləşsinlər, guya zədəni bəhanə gətiririk. Levini yığmanın həkimlərinin müayinə edib, qərar verməsini istəyirik. Çünki biz Vladimirin Finlandiya ilə görüşə qədər sağalmasında maraqlıyıq. Lixtenşteynlə oyunda zədələnən Mahmud Qurbanov isə artıq qrup çalışmalarında yaxşı hazırlıq keçir”.
0