Qadın futbolçularımız kişilərə örnək oldu
27.09.2008 - 15:18
Qadın futbolçularımız kişilərə örnək oldu
Bakı. Aqşin Əliyev - APA-Sport. Bakıda 19 yaşadək qızlardan ibarət futbol yığmaları arasında təşkil olunan Avropa çempionatının ilkin seçmə mərhələsinin 6-cı qrupunda ikinci turun oyunları başa çatıb. “APA-Sport”un məlumatına görə, bu gün yarışda iki matç gerçəkləşib.

Öncə Zabrat qəsəbə stadionunda Çexiya və Şimali İrlandiya yığmaları üz-üzə gəliblər. Rəqibə nisbətən üstün oyun nümayiş etdirən çexiyalılar 2:1 hesablı qələbə qazanıblar. Daha sonra Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan milli komandası Finlandiyanı sınağa çəkib. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşma Şamil Heydərovun yetirmələrinin qələbəsi ilə nəticələnib - 1:0.

Beləliklə, iki matçda maksimum nəticə göstərən yığmamız vaxtından əvvəl növbəti mərhələyə vəsiqəni təmin edib. Sentyabrın 30-da Şimali İrlandiyaya qarşı keçiriləcək oyun xanım futbolçularımız üçün formal xarakter daşıyacaq.

Qeyd edək ki, milli komandamız birinci turda Çexiyanı 2:1 hesabı ilə məğlub etmişdi. Reqlamentə əsasən, qruplarda ilk iki yeri tutan kollektivlər, eləcə də ən yaxşı göstəricilərlə 3-cü pillədə qərarlaşan 1 yığma növbəti mərhələdə iştirak hüququ qazanır.


Komanda

O

Q

H

M

T

X

1

Azərbaycan

2

2

0

0

3-1

6

2

Çexiya

2

1

0

1

3-3

3

3

Finlandiya

2

1

0

1

1-1

3

4

Şimali İrlandiya

2

0

0

2

1-3

0







0