Lippertin Azərbaycan yığmasında ilk ciddi ilk uğuru
27.09.2008 - 16:15
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandası (U-17) Avropa çempionatının elit mərhələsinə yüksəlib. “APA-Sport”un məlumatına görə, Bernard Lippertin rəhbərlik etdiyi kollektiv bu uğura Polşada təşkil olunan qitə birinciliyinin ilkin seçmə mərhələsinin oyunlarında imza atıb.
Yeniyetmə futbolçularımız qrup mərhələsinin son turunda uduzsalar da, qarşıya qoyulan vəzifənin öhdəsindən gəliblər. Əvvəlki turlarda Bolqarıstan (3:1) və Çernoqoriya (2:2) ilə qüvvəsini sınayan U-17 axırıncı oyunda meydan sahiblərinə məğlub olub - 0:2. Milli komandamızın dadına bolqarıstanlılar çatıblar. Onlar yığmamızın ən yaxın izləyicisi Çernoqoriyaya son turda 2:1 hesabı ilə qalib gəliblər. Nəticədə U-17 4 xalla elit mərhələyə vəsiqə qazanıb. Bu, almaniyalı Bernard Lippertin Azərbaycan yığmasının baş məşqçisi postunda ilk ciddi uğurudur.
Qeyd edək ki, elit mərhələdə Azərbaycan da daxil olmaqla, 28 kollektiv 7 qrupda yarışacaq. Qrup qalibləri 2009-cu il mayın 6-dan 18-dək Almaniyada keçiriləcək Avropa çempionatına qatılacaqlar.

| Komanda | O | Q | H | M | T | X |
1 | Polşa | 3 | 3 | 0 | 0 | 4-0 | 9 |
2 | Azərbaycan | 3 | 1 | 1 | 1 | 5-5 | 4 |
3 | Bolqarıstan | 3 | 1 | 0 | 2 | 3-5 | 3 |
4 | Çernoqoriya | 3 | 0 | 1 | 2 | 3-5 | 1 |
0
0