“Bakı” hirsini “Bakılı”dan çıxdı
28.09.2008 - 21:06
“Bakı” hirsini “Bakılı”dan çıxdı
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycan Premyer Liqasında VI turun oyunları başa çatıb. “APA-Sport”un məlumatına görə, hesabat turunda bir sıra maraqlı nəticələr qeydə alınıb.

Öncə çempionluğa iddialı “Neftçi”nin xal itirməsi azarkeşləri şoka saldı. Debütant NBC-nin müqavimətini qıra bilməyən flaqman yeni baş məşqçi Yurgen Gedenin rəhbərliyi altında ardıcıl ikinci oyununu qolsuz heç-heçə ilə başa vurdu. “Simurq” isə gözlənilmədən “Qarabağ”ı üstələdi. Bundan başqa, “Olimpik” öz meydanında bir xalla kifayətləndi.

Turun sonuncu günü çox məhsuldar oldu. Üç görüşdə qapılara 13 qol vuruldu. Ötən oyunda doğma publika önündə “Karvan”a 0:3 hesabı ilə uduzan “Bakı” hirsini “Bakılı”dan çıxdı - 7:0. Bu, cari mövsümün ən böyük hesablı qələbəsidir. Çempion “İnter” asanlıqla “Turan”ı məğlub etdi. “Karvan” isə Yevlaxda əzmkar qələbə qazandı.


MOİK - “Xəzər-Lənkəran” - 0:4
Svetkov, 30; 34 (pen.); 64; 87.

“Qarabağ” - “Simurq” - 0:2
Artyux, 21; Medvedyev, 51 (avtoqol).

“İnter” - “Turan” - 3:0
Çervenko, 18; Avqusto, 50; Valter, 52.

“Karvan” - “Qəbələ” - 2:1
Nadirov, 43: A. Quliyev, 84 - Tebloyev, 37.

“Bakılı” - “Bakı” - 0:7
Muciri, 34; 38; Fabio Luis Ramim, 45 (pen.); Naçevski, 61; Baçev, 65; Ticani, 79; Demetradze, 90+2.

“Olimpik” - “Standard” - 0:0

“Neftçi” - NBC - 0:0


Turnir mövqeyi:

1.“Xəzər-Lənkəran” 15 xal; 2.“Karvan” 15; 3.“Bakı” 13; 4.“Simurq” 13; 5.“İnter” 12; 6.“Olimpik” 9...





0