Məşqə tək getmək istəyən futbolçu azdı
29.09.2008 - 13:14
Bakı - APA-Sport. “Fənərbaxça”nın ispaniyalı futbolçusu Xosiko xoşagəlməz hadisə ilə üzləşib. “APA-Sport”un məlumatına görə, bir neçə ay öncə “Vilyareal”dan transfer olunmuş yarımmüdafiəçinin məşqə ilk dəfə tək yollanmaq istəyi uğursuzluqla nəticələnib.
Belə ki, Xosiko həmişəkindən fərqli, sürücüsünə ehtiyac duymadan evdən tək çıxıb. “Şükrü Saracoğlu” stadionunu asanlıqla tapacağını zənn edən 33 yaşlı əcnəbi az sonra yanıldığını duyub. Çox keçmədən məlum olub ki, Xosiko İstanbulda azıb.
Türkiyəyə gələn gündən türkcə danışmağa çalışan futbolçunun sıravi vətəndaşlara müraciəti də nəticəsiz qalıb. O, nə istədiyini heç kimə başa sala bilməyib. Xosikonun dadına tərcüməçisi çatıb. Yarımmüdafiəçi şəxsi tərcüməçi ilə əlaqə saxlayıb və qarşı tərəf ona bir taksi sürücüsünə yaxınlaşmağı məsləhət görülüb. Tərcüməçi Xosikonun yaxınlaşdığı taksi sürücüsünə futbolçunu “Şükrü Saracoğlu”na aparmağın lazım olduğunu telefon vasitəsilə deyib. Yalnız bundan sonra problem həllini tapıb. Məşqə gecikən Xosiko başına gələnləri komanda yoldaşlarına danışaraq, gülüş obyektinə çevrilib.

0
0