Helsinkiyə doğru!
29.09.2008 - 22:15
Helsinkiyə doğru!
Bakı. Aqşin Əliyev - APA-Sport. Futbol üzrə Azərbaycan milli komandası oktyabrın 11-də Helsinkidə Finlandiyaya qarşı keçirəcəyi matçın hazırlığına başlayıb. “APA-Sport”un məlumatına görə, bu gün baş məşqçi Berti Foqts yetirmələrinə ilk məşqi keçib.

Təlim-məşq toplanışına 28 futbolçu çağırılsa da, onlardan bir neçəsi hazırlıq prosesinə qatılmayıb. Proqrama əsasən, sabah iki məşq (saat 11:30 və saat 15:00) olacaq. Oktybarın 1-də, eləcə də ertəsi günü bir məşqin keçirilməsi planlaşdırılıb. Finlandiya ilə görüşün ilk hazırlıq mərhələsi oktyabrın 2-də yekunlaşacaq. Bütün məşqlər Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionuna təyin olunub.

Yığma üzvləri gələn həftənin əvvəli yenidən bir araya gələrək, əsas hazırlıq mərhələsinə başlayacaqlar. Milli komandamız səfərə oktyabrın 8-də çarter reysi ilə yollanacaq. Dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində Finlandiya və Azərbaycan yığmaları arasında oyun Helsinki Olimpiya stadionunda keçiriləcək.


0