“Dinamo” klubu İstanbula itkilərlə gəldi
29.09.2008 - 20:53
“Dinamo” klubu İstanbula itkilərlə gəldi
Bakı - APA-Sport. Çempionlar Liqası qrup mərhələsinin ikinci turu çərçivəsində “Fənərbaxça” ilə qarşılaşacaq Ukraynanın “Dinamo” klubu İstanbula gəlib. “APA-Sport”un məlumatına görə, Kiyev komandası mənzil başına bu gün saat 15 radələrində çatıb.

Hava limanında “Dinamo”nun üzvlərini “Fənərbaxça” rəsmiləri qarşılayıblar. Qonaqlar sabah “Şükrü Saracoğlu” stadionuna keçiriləcək matça itki ilə çıxacaqlar. Rəqib komandada əsas heyət oyunçusu Ayila Yussuf, eləcə də Artyom Milevski İstanbula gətirilməyib.

Qeyd edək ki, “Fənərbaxça”dan fərqli, “Dinamo”nun aktivində xal var. Yuri Syominin rəhbərlik etdiyi kollektiv birinci turda London “Arsenal”ı ilə “sülh” bağlayıb (1:1). “Sarı-lacivərdlilər” isə səfərdə “Portu”ya 1:3 hesabı ilə uduzublar.
0