Fatih Terim Türkiyəni tərk edir
30.09.2008 - 17:05
Bakı - APA-Sport. Futbol üzrə Türkiyə milli komandasının baş məşqçisi Fatih Terim ölkəni tərk etməyə hazırlaşır. Ancaq bu ayrılıq həmişəlik yox, müvəqqəti olacaq. “APA-Sport”un məlumatına görə, “İmperator” ləqəbli məşqçi xeyriyyə matçında iştirak etmək üçün İtaliyaya yollanacaq.
Xeyriyyə məqsədilə təşkil olunacaq qarşılaşma oktyabrın 8-də Florensiyada “Fiorentina” və “Milan” komandaları arasında gerçəkləşəcək. “Fiorentina”, eləcə də “Milan” rəhbərliyi bu oyunda Terimi baş məşqçi vəzifəsində görmək istəyir. 55 yaşlı çalışdırıcı vaxt qıtlığına baxmayaraq, İtaliyaya gedəcəyini bildirib: “Oktyabrın 11-də Bosniya və Hersoqovina ilə rəsmi matçımız olsa da, xeyriyyə görüşünə qatılacağam. Çünki İtaliyadan gələn təklif ölkəm və mənim üçün qürurvericidir. Belə tədbirlərdə iştirak etmək insanlıq vəzifəsidir”.
Qarşıdakı oyuna Terimlə bərabər, Rud Qullit, Roberto Baco, Frank Raykard, Roberto Donadoni, Daniel Massaro, Franko Barezi və digər məşhur veteran futbolçular çağırılıblar.

0
0