Ərəblər AFFA-ya minnətçi düşübmüş
02.10.2008 - 11:03
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Oktyabrın 15-də Azərbaycanla Bəhreyn yığması arasında keçiriləcək yoldaşlıq oyunu ərəblərin təklifi ilə razılaşdırılıb. “APA-Sport”un məlumatına görə, bəhreynlilər hazırda da rəqib axtarışındadırlar.
Noyabrın 19-da dünya çempionatının seçmə mərhələsində Avstraliya ilə görüşəcək rəqibimiz matça yaxşı hazırlaşmaq üçün mümkün qədər çox sınaq görüşü keçirmək istəyir. Bəhreyn millisinin meneceri Həsən Xalfan axtarışların nəticələrindən heç də razı deyil: “Əlimizdə uzun bir siyahı var. Yoldaşlıq oyunu keçirmək üçün müraciət etdiyimiz ölkələrin adlarını ora qeyd etmişik. Lakin siyahı nə qədər böyük olsa da, yalnız Azərbaycan və Səudiyyə Ərəbistanı istəyimizi müsbət cavablandırıb”.
Qeyd edək ki, bəhreynlilər Səudiyyə Ərəbistanı ilə noyabrın 12-də görüşəcək.

0
0