Demyanenko: “Türklər sabit futbol oynaya bilmirlər”
02.10.2008 - 11:05
Bakı. Mehman Süleymanov - APA-Sport. “İstanbuldakı oyun gərgin və əsəbi alındı. Görüşə inamla başlayan kiyevlilər rəqibə start həmlələri üçün heç şans də vermədilər. Hesab edirəm ki, ikinci hissədə bəzi epizodları nəzərə almasaq, qonaqların müdafiə xətti normal çıxış etdi”. “APA-Sport”un məlumatına görə, bunu “Neftçi” klubunun sabiq baş məşqçisi Anatoli Demyanenko deyib.
Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda “Fənərbaxça” və Kiyevin “Dinamo” klublarının görüşünə rəy bildirən 49 yaşlı ukraynalı keçmiş komandasının oyunundan razı qalıb: “Dinamo”nun qapıçısı Boquş da özünü itirmədi, görüş boyu etibarlı oyun nümayiş etdirdi. Kiyevlilərə hücumda adam çatmadı. İlk hissədə Banqura, fasilədən sonra isə Şatskixə hücumda təkbaşına təhlükə yaratmaq çətin idi”.
Demyanenkonun sözlərinə görə, iki il öncə “Dinamo”nun baş məşqçisi kimi qrup mərhələsindən kənarlaşdırdığı “Fənər” xeyli zəifləyib: “Fənərbaxça” heç nə ilə təəccübləndirmədi. Türklər sabit güclü oynamağı bacarmırlar. Onların oyununda qığılcım yalnız ikinci hissənin əvvəlində epizodik şəkildə idi”.

0
0