İranlı futbolçu Azərbaycan yığmasından imtina etdi
02.10.2008 - 11:40
Bakı. Mehman Süleymanov - APA-Sport. “Qəbələ” klubunun iranlı legioneri Fərzad Hatəmi Azərbaycan yığmasının formasını geyinməkdən imtina edib. “APA-Sport”un məlumatına görə, 20 yaşlı hücumçu milli komandamızın almaniyalı baş məşqçisi Berti Foqtsun təklifini qəbul etməyib.
Hatəmi bildirib ki, indiyədək hansısa iranlı futbolçu başqa yığmada çıxış etməyib: “Bütün iranlı oyunçular ancaq öz ölkəsinin milli komandasında çıxış ediblər. Vahid Haşemian dəvət aldığı Almaniya yığmasının heyətində dünya və Avropa çempionu olmaq, böyük titullar qazanmaq imkanına məhəl qoymayaraq, İran millisini heç nəyə dəyişmədi. İndi mənim kimi bir gənc belə addım atsa, bunu İranda necə qarşılayarlar, bax, onu deyə bilmərəm. Hər halda, bu, mənim üçün heç də yaxşı olmaz”.
Fərzad qərarını atası ilə məsləhətləşdikdən sonra qəbul etdiyini söyləyib: “Ailəmiz Tehranın qədim məhəllələrindən birində məskunlaşıb. Orada bütüm ailəmi yaxşı tanıyırlar. Əgər mən Azərbaycan yığmasının təklifini qəbul etsəm, Tehranda yaşayan atam və digər ailə üzvlərim, yaxın qohumlarım üçün çox çətin olar. Hər kəs mənim bu addımıma görə onları qınayar. Məhz bu məqamları düşündükdən sonra milli komandadan gələn təkliflə razılaşmamaq məcburiyyətində qalıram. Bu səbəbdən Azərbaycan yığmasından gələn təklifi qəbul etməyim qeyri-mümkündür”.

0
0