Bundesliqanın ən yaxşısı türk oldu
02.10.2008 - 13:58
Bundesliqanın ən yaxşısı türk oldu
Bakı - APA-Sport. Almaniyanın “Kikker” jurnalı sentyabrda Bundesliqada çıxış edən ən yaxşı futbolçuları müəyyənləşdirib. “APA-Sport”un məlumatına görə, azarkeşlər arasında keçirilən səsvermədə birinci yeri Məsut Özil tutub. “Verder” klubunda forma geyən türk əsilli futbolçu 73,5 % səs toplayıb. “Bayer 04”-də oynayan Patrik Helmes (19,6 %) ikinci, “Hoffenhaym”-ın şərəfini qoruyan Vedad İbiseviç (6,9 %) üçüncü olub.
0