“Mançester Yunayted”də 18 yaşlı türkiyəli
02.10.2008 - 16:51
“Mançester Yunayted”də 18 yaşlı türkiyəli
Bakı - APA-Sport. Çempionlar Liqasının son qalibi “Mançester Yunayted” Türkiyənin “Bursaspor” klubunda çıxış edən Sərkan Yıldırımı heyətinə qatmaq istəyir. “APA-Sport”un məlumatına görə, bu xəbəri 18 yaşlı hücumçunun özü də təsdiq edib: “İngiltərə klubunun təmsilçiləri ailəmlə və komandamızın prezidenti ilə əlaqə saxlayıblar. Belə bir komandanın maraq dairəsinə düşmək heç vaxt diqqətdən kənarda qala bilməz”.

Qeyd edək ki, Sərkan Türkiyə Superliqasında 4 qolla ən məhsuldar oyunçular siyahısında yer alıb. O, həmçinin Türkiyənin 21 yaşadək futbolçulardan ibarət milli komandasının da şərəfini qoruyur.
0