Dünyada ilk futbol muzeyi açılıb
02.10.2008 - 16:54
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Dünyada ilk futbol muzeyi açılıb. “APA-Sport”un məlumatına görə, San-Paulu şəhərindəki muzeyin açılışı Braziliya milli komandasının ilk çempionluğunun 50 illiyinə həsr olunub. 1958-ci ildə keçirilən mundialda parlayan Pele də tədbirin qonaqlarından olub və çox təəccüblənib. Belə ki, muzeyin əsas zalında dünya kuboku və çempionatların tarixini əks etdirən video və foto eksponatlarla yanaşı, öz maykasını görən futbol kralı özünü saxlaya bilməyərək buna şərh verib: “1970-ci ildə əfsanəvi yığmamız finalda İtaliyanı 4:1 hesabı ilə darmadağın etdi. Onda oyunun fasiləsində mən maykamı dəyişdim. İlk yarıdakı geyimimi o vaxtkı baş məşqçimiz Mario Zaqaloya verdim. İnanmazdım ki, o formanı indiyədək saxlayır”.
Təşkilatçılar muzeyin 20 milyon dollara başa gəldiyini bildirir. Ekspertlər isə ildə 600 min turistin bura baş çəkəcəyini proqnozlaşdırır.
Təşkilatçılar muzeyin 20 milyon dollara başa gəldiyini bildirir. Ekspertlər isə ildə 600 min turistin bura baş çəkəcəyini proqnozlaşdırır.
0
0