Anar Salmanov bir müddət oyun idarə etməyəcək
02.10.2008 - 18:15
Bakı. Mehman Süleymanov - APA-Sport. “Anar Salmanov bir müddət oyun idarə etməyəcək. Buna səbəb onun Premyer Liqanın son turunda buraxdığı səhvdir”. Bunu “APA-Sport”a açıqlamasında AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov deyib.
Hesabat turunda “Qarabağ” – “Simurq” görüşünü idarə edən Salmanovun qonaqların qapısına qaydalar çərçivəsində olan penalti zərbəsini təyin etməməyi ona baha başa gəlib. Məmmədov “Qarabağ”ın həmin epizodla bağlı şikayətini haqlı sayır: “Görüşün sonunda qonaqların futbolçusu öz cərimə meydanında topa əli ilə toxunub və bu epizod oyun qaydalarına görə penalti zərbəsi kimi qiymətləndirilməli idi. Ancaq Anar bunu etməməklə, səhvə yol vermiş oldu. Halbuki, oyunu çox yaxşı idarə etmiş və “Simurq”a simpatiyasından söhbət gedə bilməzdi. Hər halda, belə olsaydı, Anar artıq 47-ci dəqiqədə qonaqların futbolçusuna ikinci sarı vərəqə göstərib, onu meydandan qovmazdı”.
Komitə sədrinin sözlərinə görə, FİFA hakim-köməkçiləri Aydın Ələkbərovla İlham Əliyev də yol verdikləri nöqsanın əziyyətini çəkirlər: “Aydın “Bakı” – “Karvan” oyununda səhvən baş hakimin işinə müdaxilə etməklə, qonaqların qapısına düzgün olmayan penalti zərbəsinin təyin edilməsinə, İlham isə “Qəbələ” – “Qarabağ” görüşündə autu səhv göstərməklə insidentə səbəbkar olub. Ələkbərovla Əliyev nə qədər təcrübəli hakimlər olsa da, turun oyunları onlara elə də ehtiyac olmadığını göstərir. Hər halda, onların yoxluğu yada düşmür”.

0
0