Skibbe: “Azarkeşlərin bizi fitə basmasını normal qarşıladım”
03.10.2008 - 09:42
Skibbe: “Azarkeşlərin bizi fitə basmasını normal qarşıladım”
Bakı - APA-Sport. “Birinci hissədə əla oynadıq və kifayət qədər qol epizodu yaratdıq. Amma fasilədən sonra rəqib hesabı bərabərləşdirdi. Bununla da, təxminən 20-25 dəqiqə toparlana bilmədik. Zədəli futbolçularımızın çoxluğuna rəğmən, qələbə qazandığımız və qrupa düşdüyümüz üçün sevinməyə dəyər”. “APA-Sport”un məlumatına görə, bu sözləri Türkiyənin “Qalatasaray” klubunun baş məşqçisi Mihael Skibbe söyləyib.

Alman mütəxəssis UEFA kuboku çərçivəsində İsveçrənin “Bellinzona” klubu ilə oyunun ikinci hissəsində azarkeşlərin narazılığını normal qarşıladığını bildirib: ”Azarkeşlər oyun görmək istəyirlər. Biz bunu sonadək bacarmadıq. Onların komandanı fitə basmasını normal qarşıladım. Amma heyətimizdə zədəli futbolçuların çoxluğunu unutmaq lazım deyil. Bu oyunda da Arda Turanla Mehmet Topal sıradan çıxdı”.
0