Ötən günlərimizi qaytaraydılar
03.10.2008 - 10:00
Ötən günlərimizi qaytaraydılar
Bakı - APA-Sport. “Nəticənin belə olacağını gözləmirdim. Pis oynadıq və pis qollar buraxdıq. Ancaq həyat davam edir. Yetirmələrimlə əl-ələ verib keçmiş günlərə qayıdacağıq”. “APA-Sport”un məlumatına görə, bu sözləri UEFA kubokunda mübarizəni erkən dayandıran “Beşiktaş”ın baş məşqçisi Ərtoğrul Sağlam deyib.

39 yaşlı çalışdırıcı bildirib ki, Ukraynanın “Metallist” klubuna məğlubiyyətin əsas səbəbi müdafiə xəttində buraxılan səhvlərlə bağlıdır: “Səhv buraxdığımızdan qapımızda qol gördük. Buna görə motivasiyasımızı itirdik və böyük hesablı məğlubiyyətə düçar olduq”.

Sağlam Türkiyədə kəskin tənqidə məruz qalacağını nəzərə alaraq, bəri başdan ehtiyat tədbirləri də görüb. O, rəhbərlik etdiyi kollektivin Türkiyə çempionatında və ölkə kubokunda uğurlu çıxış edəcəyinə söz verib: “Bəli, bizə hamı hər şeyi deyəcək. Lakin xalqın fikrinə baxmadan ayağa qalxmağa çalışacağıq. Çünki Superliqada və ölkə kubokunda hədəflərimizə çatmaq istəyirik”.

Qeyd edək ki, “Metallist”ə ilk matçda minimal hesabla qalib gəlmiş “Beşiktaş” səfərdə uduzaraq (1:4), UEFA kubokunun qrup mərhələsinə vəsiqə qazana bilməyib.
0