“Zenit”ə şər atıblarmış
03.10.2008 - 10:30
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. İspaniya polisi “Zenit”in “Bavariya” ilə oyunu alması barədə faktlara malik olması haqda xəbəri təkzib edib. “APA-Sport”un məlumatına görə, pireneyli məmurlar UEFA kubokunun yarımfinalındakı oyun alqı-satqısı ilə bağlı heç bir əsasları olmadığını bildirib. Rusiya mətbuatına müsahibə verən İspaniya hüquq mühafizə orqanlarının nümayəndəsi onlar tərəfindən yerli qəzetlərə Gennadi Petrovun həbsi ilə bağlı hər hansı materialın verilmədiyini də bildirib.
Qeyd edək ki, “Zenit”in “Bavariya”nı 50 milyon avroya aldığını iddia edən “El Pais” və ABC nəşrləri polisin əlində faktların olduğunu əsas gətirmişdi. Guya, həbs olunan Petrovun telefon danışıqlarının dinlənilməsi zamanı oyunun razılaşdırılması məsələsi də ortaya çıxıb.

0
0