“Qalatasaray”ın potensial rəqibləri məlumdur
03.10.2008 - 11:23
Bakı - APA-Sport. Oktyabrın 7-də İsveçrənin Nyon şəhərində UEFA kubokunun qrup mərhələsinin püşkü atılacaq. “APA-Sport”un məlumatına görə, püşk nəticəsində hər birində 5 komanda olmaqla 8 qrup formalaşacaq. Komandalar dörd oyun (ikisi “ev”də, ikisi səfərdə) keçirəcək. Növbəti mərhələyə qruplarda ilk üç yeri tutan kollektivlər vəsiqə qazanacaq. Türkiyənin UEFA kubokunda mübarizəni davam etdirən yeganə təmsilçisi “Qalatasaray” reytinqi aşağı olduğundan püşkə üçüncü səbətdən qatılacaq.
1-ci səbət: “Milan”, “Sevilya”, “Valensiya”, “Benfika”, “Şalke-04”, MOİK, “Tottenhem”, “Hamburq”.
2-ci səbət: “Ştutqart”, “Ayaks”, “Olimpiakos”, “Deportivo”, “Brügge”, “Spartak M”, PSJ, “Herenven”.
3-cü səbət: “Rusenborq”, “Udineze”, Feyenoord”, “Braqa”, “Slaviya”, “Mançester Siti”, “Qalatasaray”, “Sampdoriya”.
4-cü səbət: “Herta”, “Partizan”, “Nansi”, “Portsmut”, “Aston Villa”, “Rasinq”, “Kopenhagen”, “Dinamo” (Zaqreb).
5-ci səbət: “Sent-Etyen”, “Volfsburq”, “Standard”, “Tvente”, NEC, “Metallist”, “Lex”, “Jilina”.

0
0