“Atletiko” Maradonanın doğulmamış nəvəsi ilə müqavilə bağlayacaq
03.10.2008 - 14:12
Bakı. Mehman Süleymanov - APA-Sport. Madridin “Atletiko” klubu ötənlərin məşhur futbolçusu Dieqo Maradonanın hələ dünyaya gəlməmiş nəvəsi ilə müqavilə bağlamaq niyyətindədir. “APA-Sport”un məlumatına görə, komandanın bombardiri olan Serxio Aquero Maradonanın qızı ilə evlidir və cütlük övlad gözlədiyini bildirib. Yeni dünyaya gələcək uşaq Serxionun atasının şərəfinə Leo adlandırılacaq. Aqueronun ata olacağını eşidən “Atletiko”nun prezidenti Enriko Sereso bəyan edib ki, oğlan genetik cəhətdən böyük futbolçu olacaq. Buna görə onlar uşaq dünyaya gələnədək müqavilə bağlamaq fikrindədirlər: “Maradonanın nəvəsi klubumuzun tarixində ən gənc futbolçumuz olacaq”.
Qeyd edək ki, Serxio Aquero Argentina futbol yığmasının heyətindən Pekin Olimpiadasının qalibi olub.
Qeyd edək ki, Serxio Aquero Argentina futbol yığmasının heyətindən Pekin Olimpiadasının qalibi olub.
0
0