Klub prezidenti daşa basıldı
03.10.2008 - 14:34
Klub prezidenti daşa basıldı
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Rumıniyalı azarkeşlər klub prezidentini daşa basıblar. “APA-Sport”un məlumatına görə, Rumıniyanın “Rapid” klubunun prezidenti Father Taher azarkeşlərin təzyiqinə məruz qalıb. UEFA kubokunun birinci mərhələsində mübarizəni dayandıran Buxarest təmsilçisinin 2000-ə yaxın fanatı Almaniyanın “Volfsburq” klubu ilə cavab oyunundan sonra əsəblərini cilovlaya bilməyib. Qəzəbini şəhərdə özbaşınalıq etməklə çıxaranları sakitləşdirmək istəyən Taher də onların hücumuna məruz qalıb. Fanatlar baş məşqçi Joze Peyzeyranı matç bitən kimi istefaya göndərən iordaniyalı prezidenti daş atəşinə tutsa da Taherə xəsarət dəyməyib. Gözyaşardıcı qazla azğınlaşan azarkeşləri dayandıran polis 8 nəfəri həbs edərək cərimələyib.
Qeyd edək ki, səfərdə 0:1 hesabı ilə uduzan “Rapid” öz meydanındakı qarşılaşmadan qənaətbəxş olmayan 1:1-lik bərabərliklə ayrılıb.
0