“Qalatasaray” bir milyon avroya qapıçı alır
03.10.2008 - 15:28
Bakı. Mehman Süleymanov - APA-Sport. Kiyevin “Dinamo” və Ukrayna yığmasının qapıçısı Aleksandr Şovkovski karyerasını Türkiyədə davam etdirə bilər. “APA-Sport”un məlumatına görə, gənc həmkarı Stanislav Boquşun gəlişindən sonra ehtiyatda qalan 32 yaşlı qapıçı “Qalatasaray” və “Gənclərbirliyi” ilə danışıqlar aparıb. “Dinamo” Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində İstanbulda “Fənərbaxça”nın qonağı olan zamanı boş oturmayan Şovkovski gələcək karyerasını müəyyənləşdirməklə məşğul olub. Türklərin Aleksandrla üç illik müqavilə bağlamaq istədiyi deyilir. Oyun praktikası qazanmaq üçün yeni kluba keçmək istəyən Şovkovskiyə “Qalatasaray” daha yaxşı təklif edib. Belə ki, “cim-bom” onun transferinə görə bir milyon avro ödəməyə hazırdır.
0
0