Yığmanın oyununda paraşütçü həlak oldu
03.10.2008 - 16:20
Yığmanın oyununda paraşütçü həlak oldu
Bakı. Mehman Süleymanov – APA-Sport. Fransa və Ukraynanın 18 yaşlılardan ibarət futbol yığmalarının oyununda bədbəxt hadisə baş verib. “APA-Sport”un məlumatına görə, tribunada yer alan azarkeş kütləsinə çırpılan paraşütçü həlak olub. Onun heyətində yer aldığı yeddi iştirakçıdan ibarət komanda göydən yerə enərək, futbol topunu Orleandakı stadiona gətirməli imiş. Altı paraşütçü bunu həyata keçirdiyi halda, onların həmkarı hələ müəyyənləşdirilməmiş səbəbdən istəyinə çatmayıb. İnsident nəticə xəsarət alan iki azarkeş Orlean xəstəxanasına çatdırılıb, oyun isə təxirə salınıb.
Qeyd edək ki, yerli polisin verdiyi məlumata görə, həlak olan şəxs məktəbdə paraşütdən tullanmaq üzrə təlimatçı işləyirmiş. O, bunadək paraşütlə 1000 dəfədən artıq tullanıbmış.
0