“Formaları çıxarın, çılpaq oynayın”
03.10.2008 - 16:44
Bakı. Mehman Süleymanov - APA-Sport. UEFA kubokunda Ukraynanın “Metallist” klubu ilə səfər oyununda (1:4) böyük uğursuzluğa düçar olan “Beşiktaş” daha bir zərbə alıb. “APA-Sport”un məlumatına görə, turnirin qrup mərhələsindən kənarda qalan komanda İstanbuldakı hava limanına gələn azsaylı azarkeşlərinin təpkisi ilə üzləşib. Belə ki, fanatlar komanda üzvlərinə “formaları çıxarın, çılpaq oynayın” şüarlarını səsləndiriblər. Yalnız braziliyalı hücumçu Nobreyə fərqli münasibət göstərilib. Belə ki, azarkeşlər xarkovluların qapısına yeganə qolun müəllifi olan futbolçuya sevgilərini nümayiş etdiriblər.
0
0