Luçesku “Beşiktaş”a qayıdır
04.10.2008 - 10:19
Bakı - APA-Sport. UEFA kubokunda mübarizəni erkən dayandıran Türkiyənin “Beşiktaş” klubunda baş məşqçi dəyişikliyi gözlənilir. “APA-Sport”un məlumatına görə, uğursuz çıxışda günahkar sayılan Ərtuğrul Sağlam yaxın günlərdə istefaya göndəriləcək. Böyük ehtimalla, onu Mirça Luçesku əvəzləyəcək.
Belə ki, “Beşiktaş”ın prezidenti Yıldırım Dəmirörən hazırda Ukraynanın “Şaxtyor” klubuna başçılıq edən rumıniyalı mütəxəssislə görüşüb. Bütün məsələlərdə anlaşan tərəflər bu haqda ictimaiyyəti oktyabrın 6-da daha geniş məlumatlandıracaqlar.
Qeyd edək ki, Luçesku 2002-04-cü illərdə “Beşiktaş”ı çalışdırıb və komandaya 100 illiyində ölkə çempionluğunu qazandırıb.

- Ruslan Qurbanov: "Futbolda oynaya bilməyəcəyimiz rəqib yoxdur"
- Yon Dal Tomasson: "2-3 futbolçunun fiziki durumu ilə bağlı problemi var"
- "Sumqayıt"ın sabiq baş məşqçisi komandasından ayrılıb
- Premyer Liqa klubunun futbolçusu irqçilikdə günahlandırılıb
- Futbol tarixinin ən yaxşı milli komandaları açıqlanıb
0
0